Toyqabağı lazımsız xərclər, dəbdəbə yığışdırılmalıdır — XƏBƏRDARLIQ

Day.Az представляет новость на азербайджанском языке:

Türkiyənin rəsmi din qurumu "Diyanət" övladına toy eləməyə hazırlaşan ata-analara xəbərdarlıq edib.
 Anspress-in məlumatına görə, "Diyanət" nişan, toy, cehiz xərcləmələri vaxtı israfdan və mübaliğə etməkdən uzaq olmağı məsləhət görüb. İslam dininin ailələr üçün sıxıntı yaradacaq xərcləmələri qadağan etdiyini deyən qurum bildirib ki, lazım olandan çox pul xərcləmək xoşbəxtliyə də ziyan verir.
 "Lazım olandan çox pul xərcləmək xoşbəxtliyə zərər verir. Evlilik prosesində, "mənim qızımın nəyi əskikdir?" deyən valideynlər övladlarına yaxşılıq eləmirlər. Kredit aldıraraq kürəkənləri faizə məcbur eləmək qurulacaq yuva üçün heç də yaxşı başlanğıc deyil.
 Dinimiz islam həyatın hər sahəsində olduğu kimi yeni qurulacaq ailə yuvası üçün də lazımsız yerə pul xərcləməyi israf sayır və yasaqlayır. Lazım olandan çox pul xərcləmək hələ başlanğıcda ailədə maddi sıxıntı yaradar. Sevimli peyğəmbərimiz (s) də toyların şənlik havasında və sevinclə keçirilməsini, nikah və toy zamanı israfdan və göstərişdən uzaq olmağı məsləhət görür.
 Bu gün tez-tez "Toy üçün kredit ala bilərəm?" sualı ilə bizə müraciət edirlər. Kürəkəni faizə məcbur eləmək, yuva üçün yaxşı başlanğıc deyil. Bilinməlidir ki, xöşbəxtlik israfda yox, sadəlikdədir", — deyə qurumun açıqlamasında qeyd olunub. 

Категория: Отдых в Турции
Вы можете следить за комментариями через RSS 2.0 фид. Комментарии и Пинг закрыты.

Комментарии закрыты.