İslam dünyasını təşvişə salan film artıq hazırdır

Day.Az представляет новость на азербайджанском языке:

Türkiyədə Məhəmməd peyğəmbərin uşaqlığından bəhs edən film çəkiliş qrupu tərəfindən izlənilib.
 Axar.az xarici mətbuata istinadən xəbər verir ki, iranlı rejissor və ssenarist Məcid Məcidinin çəkdiyi “Məhəmməd” filmi “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır. Filmin ümumi büdcəsi 30 milyon dollardır. Türk yazıçı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya səhnələrindən istifadə edildiyini qeyd edib. O, peyğəmbərin yalnız arxadan çəkildiyini bildirib. Məhəmməd peyğəmbərin 12 yaşınadək olan dövrünü əhatə edən filmin premyerası avqustun 12-də 39-cu Montreal Beynəlxalq Film Festivalında baş tutacaq.
 Xatırladaq ki, bir müddət əvvəl peyğəmbərin bu filmdə ilk dəfə səsli və görüntülü olaraq təsvir olunması haqda yayılan xəbər bütün islam dünyasını ayağa qaldırmışdı. 

Категория: Отдых в Турции
Вы можете следить за комментариями через RSS 2.0 фид. Комментарии и Пинг закрыты.

Комментарии закрыты.